Cibimizi yandıran və qənaətcil avtomobillər - Mütəxəsisdən AÇIQLAMA

 13:21 15.08.2025     141

Gündəlik həyatımızda müxtəlif xərclərlə üzləşirik və əgər avtomobilimiz varsa, bu xərclər daha da artır. Yanacaq, texniki xidmət, ehtiyat hissələri və digər təmir xərcləri gündəlik büdcəyə əlavə yük gətirir.

Bəs cibimizi yandıran, yəni çox xərcli avtomobillər və eyni zamanda qənaətcil, az xərcli modellər hansılardır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən avtomobil ustası Əziz Abbasov bildirdi ki, avtomobil sahibləri üçün ən sərfəli modellər adətən yanacağa qənaət edən, ehtiyat hissələri ucuz və asan tapılan, texniki baxımdan sadə və dayanıqlı avtomobillərdir. Belə avtomobillər uzunömürlü, az xərc tələb edən və gündəlik istifadəyə uyğun olur.

Mütəxəssis ən sərfəli avtomobil nümunələri Toyota Corolla, Honda Civic, Hyundai Elantra və Kia Cerato modellərini qeyd etdi. Onun sözlərinə görə, avtomobil seçərkən diqqət yetirilməli əsas məqamlar yanacaq sərfiyyatı, ehtiyat hissələrinin qiyməti və əlçatanlığı, texniki xidmət və nasazlıq tezliyidir.

Usta həmçinin bildirdi ki, bəzi avtomobillər daha çox xərc və problem yarada bilər.

"Mühərrik həcmi olan (V6, V8) modellərin yanacaq sərfiyyatının yüksək olduğunu, bahalı və çətin tapılan ehtiyat hissələrinə malik avtomobillərin isə əlavə xərclər tələb etdiyini vurğulayır. Eyni zamanda, bəzi Fransız və İtalyan avtomobilləri, xüsusilə Renault və Peugeot  tez-tez nasazlıq verə bilər. Köhnə buraxılış illi avtomobillərdə isə naqillərdə izolyasiya problemləri, gövdədə çürümə və mühərrik sistemində aşınmalar müşahidə oluna bilər. Ümumilikdə, sərfəli və rahat avtomobil seçərkən texniki göstəricilər, servis xərcləri və ehtiyat hissələrinin əlçatanlığı əsas meyar kimi nəzərə alınmalıdır",- deyə sonda müsahibimiz fikirlərini yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən