“Fərdlərin hərəkəti bütün xalqı təmsil etmir” - Sosioloq

 14:22 20.08.2025     136

Xəbər verdiyimiz kimi, Şəhidlər Xiyabanında nalayiq hərəkətlər edən və videogörüntülərini sosial şəbəkələrdə paylaşan 3 turistlə bağlı cinayət işi başlanılıb.

Bəs, bu hadisə Azərbaycan və xarici turistlər arasında münasibətlərə necə təsir edə bilər və ictimai rəyə hansı mesajı verir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən sosioloq Mail Yaqub bildirdi ki, hər hansı bir xalqın bir-iki nümayəndəsinin cinayət törətməsi və ya əxlaqsızlıq etməsi bütünlüklə həmin xalqı sual altına qoymur:

"Bu, rasional və düzgün yanaşma deyil. Bütün ölkələrin əsas gəlir mənbələrindən biri turizmdir və Azərbaycan da bu sahədə irəliləyiş əldə etmək istəyir. Ölkəmizə gələn turistlərin mühüm hissəsini ərəblər təşkil edir. Ona görə də ərəb dünyasını, xalqlarını qınamaq, onları pisləmək və cinayətkar adlandırmaq məqsədəuyğun deyil. İki səviyyəsiz, əxlaqsız fərd hüquq qarşısında məsuliyyət daşıyacaq. Bu səbəbdən məsələnin şişirdilməsinə ehtiyac yoxdur".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən