Tətil sonrası motivasiya və stres: Psixoloq izah edir

 18:33 22.08.2025     67

"Yay tətilinin bitməsi bir çox insanda həm emosional, həm də psixoloji reaksiyalar doğura bilir. Tətil müddətində insanın gündəlik iş rejimindən uzaqlaşması, istirahət etməsi və daha sərbəst həyat tərzi keçirməsi nəticəsində bədəndə və beyində “rahatlıq vərdişi” formalaşır. Tətilin sonlanmasıyla insanlar yenidən məsuliyyətlərə, sıx iş qrafikinə və sosial öhdəliklərə qayıdırlar. Bu, bəzi hallarda “post-tətil sindromu” adlanan yorğunluq, motivasiya azalması, hətta yüngül narahatlıq və kədər hissi ilə müşayiət oluna bilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında psixoloq Nizami Orucov yay tətilinin bitməsiylə insanlarda yaranan psixoloji narahatlıqlardan danışarkən bildirdi.

Psixoloq qeyd etdi ki, xüsusilə tələbə, işçilərdə diqqəti toplamaqda çətinlik, adaptasiya stresi və gündəlik rejimə uyğunlaşmaqda gərginlik görünə bilər.

"Digər tərəfdən, bəzi insanlar üçün yeni başlanğıclar həm də hədəfləri yeniləmək, yeni fürsətlərə açılmaq baxımından motivasiyaverici ola bilir. Yəni yay tətilinin bitməsi bəzilərində stress və nostalji hislər doğursa da, digərlərində yeni planlar qurmaq üçün stimul yaradır. Burada əsas məqam insanın özünü psixoloji cəhətdən necə hazırlaması və keçid dövrünü necə idarə etməsidir", - deyə Nizami Orucov qeyd etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən