Əlilliyin qiymətləndirilməsi ilə bağlı mühüm QƏRAR

 10:24 06.10.2025     333

Əlilliyin qiymətləndirilməsi yeni qayda həyata keçiriləcək.

Redaktor.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

“Əlilliyin qiymətləndirilməsi Qaydası”na edilən dəyişikliyə əsasən, şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.

Vumart və Güvən reklamı Vumart Güvən