Azərbaycanda əhalinin sayı AÇIQLANDI

 15:30 14.10.2025     313

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda əhalinin sayı 24611 nəfər və ya 0,24 faiz artaraq 2025-ci il sentyabr ayının 1-i vəziyyətinə 10249500 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Vumart və Güvən reklamı Vumart Güvən