Moskva prospektində tıxac: Yeni zolaq sürücülər arasında narazılıq yaratdı

 18:03 17.11.2025     376

Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı, yəni Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində xüsusi hərəkət zolağı yaradılaraq mövcud zolaqla birləşdirilib.

Lakin bəzi sürücülər narazılıq edirlər ki, bu zolaqlar birləşdiriləndən tıxac daha da artıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, zolaqların çəkilməsinin əsas məqsədi tıxacın ən çox yarandığı məntəqələrdə nəqliyyata real və effektiv alternativ yaratmaqdır:

"Bu, həm ictimai nəqliyyatın sürətini artırır, həm də ümumi yol hərəkətinin yükünü azaldır. Əgər avtobuslar səhər saat 05:45-dən fəaliyyətə başlayıb gecə 23:00–00:00-a qədər hərəkətdə olursa, həmin zolaqların da bu qrafikə tam uyğun işləməsi vacibdir. Yəni, zolaqlar günün istənilən vaxtında avtobusların maneəsiz və fasiləsiz hərəkətini təmin etməlidir. Əks halda, zolağın məqsədi itir və ictimai nəqliyyatın üstünlüyü reallıqda hiss olunmur".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən