"Cihazlarımızın əksəriyyəti robotik idarə olunur" - TƏBİB rəhbəri
“Yeni fəaliyyətə başlayan mərkəzlərimiz 3500 m² ərazini əhatə edir”.
Redaktor.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov media brifinqində dedi.
O bildirdi ki, mərkəzdə cihaz sayı 200-dən çoxdur:
“Unikallığımız ondan ibarətdir ki, cihazlarımızın əksəriyyəti robotik idarə olunur. Avadanlıqlarımız xüsusi mütəxəssislər tərəfindən yoxlanılıb və hazırlanıb".
Xatırladaq ki, Yeni Klinikada Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzləri açılıb.
Nuriyyə NATİQQIZI













