Yeni açılmış mərkəzdə il ərzində minimum 150 tranplantasiya əməliyyatı icra edilə bilər - Vüqar Qurbanov
“Dünyada sümük iliyi transplantasiyası ilə məşğul olan tibb müəssisələri il ərzində 100-dən aşağı transplantasiya edirsə, effektiv müəssisə sayılmır”.
Redaktor.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov qeyd etdi.
Onun sözlərinə görə, yeni açılmış mərkəzin hədəfi il ərzində minimum 150 tranplantasiya əməliyyatı icra etməkdir:
"Burada həm mütəxəssislərin həmin səviyyəyə çatdırılması məsələsi var, həm də 22 çarpayılıq müəssisənin bu yükü qarşılaya bilməsi ilə bağlı çətinlik mövcuddur. Çünki bu xəstələrin nə qədər müalicə alacağı əvvəlcədən dəqiq bilinmir”.
Xatırladaq ki, Yeni Klinikada Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzləri açılıb.
Nuriyyə NATİQQIZI













