"Müəyyən tibbi xidmətlərin təminata daxil edilməməsi mümkündür"
“Gələn il üçün büdcə zərfi ilə bağlı müzakirələr hələ davam edir”.
Redaktor.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov dedi.
Onun sözlərinə görə, büdcə çərçivəsi nəzərə alınmaqla müəyyən tibbi xidmətlərin təminata daxil edilməməsi və ya xidmətlərdə rəsmi dəyişikliklərin olması mümkündür:
“Tibbi xidmətlərin dəyərinin ödənilməsi dövlətin mövcud öhdəlikləri nəzərə alınmaqla İcbari Tibbi Sığorta Agentliyi tərəfindən həyata keçirilir”.
Nuriyyə NATİQQIZI













