65 yaşda pensiyaya çıxanların neçə faizi yenidən işləmək istəyir? - Deputatdan nazirə SUAL

 17:09 20.11.2025     363

"Vaxtaşırı biz deputatlara yaşı 65 yaş tamamlanmış və pensiyaya çıxarılan insanlar müraciət edərək işləmək imkanlarının daha bir il artırılması xahişlərini edirlər. Yəqin tək biz deputatlara deyil, bir çoxlarına edirlər. Mənim Anar Əliyevə (əmək və əhalinin sosial müdafiəsi naziri - red.) belə bir təklifim var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir komissiya yaradılsın, bir araşdırma aparsın ki, bu 65 yaşda pensiyaya çıxanların neçə faizi yenidən işləmək istəyir?

Redaktor.az xəbər verir ki, bunu parlamentdə büdcə müzakirələri zamanı deputat Aydın Mirzəzadə bildirdi.

"Digər tərəfdən, əgər bunlara yenidən işləmək imkanı verilərsə, bu dövlətə nə fayda və yaxud da nə minus ola bilər? Bu birinci araşdırmasını mən istəyərdim təşkil edələr. Digər tərəfdən, işləmək imkanlarının artırılması adətən bir il-bir il 70 yaşına qədər artırılır. Olmazmı belə insanlara birdəfəlik ya iki il, ya üç illik bir müqavilə bağlansın?", - deyə o nazirə sual edib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən