"Qayğı və diqqət görməyən gənclər zərərli vərdişlərə daha meyilli olur" - Sosioloq

 18:55 21.11.2025     405

Hər birimiz müxtəlif ailələrdə dünyaya göz açırıq. Lakin bəzən yaxşı ailənin övladları zərərli vərdişlərə meyilli olur.

Bəs ailə mühiti və valideyn davranışı insanların zərərli vərdişlərə qurşanmasına necə təsir edir?

Redaktor.az-ın sualına cavab olaraq araşdırmaçı sosioloq Məhbubə Mehdiyeva öncə qeyd etdi ki, ailə insanın formalaşdığı ilk yerdir. Onun sözlərinə görə, uşaq çox vaxt davranışını və vərdişləini evdə gördüyü nümunələrə görə qurur:

"Buna görə ailədə olan ab-hava, valideynlərin biri-birinə və övladlrına yanaşması gənclərin zərərli vərdişlərə yaxın olub-olmamamsına təsir edir. Dünyanın bir çox ölklərində oxşar mənzərəyə rast gəlmək olur. Skandinaviya bölgəsində ailə qayğısı və valideyn nəzarəti daha güclü olduğundan gənclər arasında siqaret və narkotik istifadəsi nisbətən aşağıdır. ABŞ və Kanadada isə ailə daxilində münaqişə çox olan yerlərdə gənclərin bu vərdişlərə meyili 2-3 dəfə artır. Azərbaycan və Cənubi Qafqazda isə bəzi uşaqlar evdə özünü dinlənilməyən və ya tam başa düşülməyən hiss etdiyi üçün riskli addımlara daha açıq olur. Valideyn davranışı bu məsələdə əsas rolu oynayır".

Sosioloq əlavə etdi ki, evdə sevgi və anlayış olmayan mühit olduqda, uşaq özünə qapanır və bəzən siqaret, spirt, hətta başqa maddələrə çıxış yolu kimi baxa bilir.

"Əksinə, fikirlərini rahat danışa bilən və dəstək gördüyünü hiss edən yeniyetmələr daha güvənli olur və zərərli addımlardan uzaq qalır. Beynəlxalq statistikalarda da görünür ki, ailədə qayğı və diqqət görən gənclərdə bu vərdişlərə meyil ciddi şəkidlə azalır. Bəzən sadə bir “səni başa düşürəm” sözü belə gəncin seçimlərinə təsir edə bilir. Bir çox ölkədə ailə ilə məktəb arasında əməkdaşlıq güclü qurulduqda gənclərin narkotik və digər zərərli vərdişlərə yönəlmə faizi minimuma düşür. Çünki uşaq həm evdə, həm məktəbdə özünü daha güvənli və tək qoyulmamış hiss edir.

Ümumilikdə, gənclərin bu vərdişlərdən qorunması yalnız qadağalarla mümkün olmur. Ailədə sağlam ünsyiyət, valideynin nümunə olması, emosional dəstək və ölçülü nəzarət hər yerdə ən təsirli yanaşmalardandır. Ailə mühiti sağlam olduqda uşağın seçimi də daha doğru olur", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI 

Vumart və Güvən reklamı Vumart Güvən