59 qəpiklik məhsul endirimlə 79 qəpiyə satılır - AÇIQLAMA

 15:31 21.11.2025     449

Sosial şəbəkələrdə marketlərin birində 59 qəpiklik məhsulun "endirimlə" 79 qəpiyə, yəni 20 qəpik baha satılmasını əks etdirən görüntülər yayılıb.

Bəs mağazalar bu tip "endirimləri" hansı məqsədlə edirlər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan marketoloq Bəylər Əlizadə bildirdi ki, bu tip endirim yalnız diqqət çəkmək üçün ola bilər:

"Ya birbaşa reklamın özünə, ya da yanındakı məhsula, yəni həqiqi endirim edilmiş 3 manat 59 qəpikdən 2 manat 99 qəpiyə düşən məhsula diqqət çəkmək məqsədilə edilir. Bilmirəm, bu hansı supermarketdir, ancaq düşünürəm ki, böyük supermarketlər, hipermarketlər bunu etməzlər. Başqa bir versiya olaraq demək olar ki, bəlkə də texniki səhvdir. Yəni çox marka öz adına xələl gətirməmək üçün belə addım atmır. Ancaq hər iki haldada belə aldadıcı endirimlər yolverilməzdir".

Nuriyyə NATİQQIZI

2
Vumart və Güvən reklamı Vumart Güvən