Bakıda tıxac probleminin köklü həlli real deyil - Nəqliyyat eksperti

 16:43 21.11.2025     509

Bakıdakı tıxacı azaltmaq üçün müxtəlif tədbirlər görülüb. Lakin şəhərdə vəziyyət dəyişmir, əksinə tıxac günü-gündən artır.

Görülən işlər niyə nəticə vermir və problemi həll etmək üçün hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı birdirdi ki, tıxaca qarşı mübarizə məqsədilə bir dövlət proqramı qəbul olunub. Onun sözlərinə görə, həmin proqram çərçivəsində hazırda müəyyən istiqamətlərdə layihələr icra olunur.

"Amma həmin layihələr hələ ki, başa çatmayıb. Ona görə də belə tezliklə də dəhşətli nəticə gözləməyə dəyməz. Biz təxminən üç-beş il sonra onun yaxşı nəticələrini görəcəyik. Amma bu, o demək deyil ki, bu üç-beş il ərzində aidiyyəti qurumlar dayanıb gözləməlidir. Yəni işləmək lazımdır. İşləyirlər də. Müəyyən layihələr var, yəni müəyyən küçələrdə hərəkətin tənzimlənməsi məqsədilə icra olunur və pis nəticə vermir. Belə desək, müəyyən işartılar artıq var. Yaxın vaxtlarda bəzi dəyişiklərin şahidi olacağıq, amma köklü həll yollarını indi gözləmirik. Sözün açığı, bu, real deyil. Durub belə yalandan pafoslu cümlələr desəm, o da yaxşı çıxmaz. Ona görə müəyyən bir müddəti mütləq gözləməliyik", - deyə ekspert yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən