Bugünkü partlayışda yaralananların VƏZİYYƏTİ

 11:47 24.11.2025     538

Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində partlayış olub. Partlayış nəticəsində 5 nəfər xəsarət alıb.

Xəsarət alanların vəziyyəti necədir?

Mövzu ilə bağlı Redaktor.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirildi ki, 24.11.2025-ci il tarixində saat 09:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:

"Onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub. Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən