"Qadınların nəqliyyatda iştirakı xidmət keyfiyyətini artırır" - Ekspert

 16:14 24.11.2025     523

Bu gündən 2 qadın avtobus sürücüsü vəzifələrinin icrasına başlayıb. Onlar 140 və 141 E avtobuslarında çalışacaqlar.

Qadın sürücülərin fəaliyyətini qiymətləndirən nəqliyyat eksperti Rauf Ağamirzəyev Redaktor.az-a bildirdi ki, qadınların son illərdə nəqliyyat sahəsinin idarə edilməsində aktiv fəaliyyəti müşahidə olunur:

"Artıq qadın pilotlarımız, qadın gəmi kapitanları, qadın metro maşinistləri, dəmir yolu maşinistləri var və çox sevindiricidir ki, artıq avtobus sürücüləri sırasında da qadınlar yer alır. Düşünürəm ki, bu hal həm xidmət keyfiyyətinin artırılmasına, həm də ümumi gender bərabərliyinin güclənməsinə mühüm töhfə verir. Son illərdə qadınların ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi sahələrə inteqrasiyası onların peşəkarlıq potensialını göstərməklə yanaşı, cəmiyyətin bu sahələrə olan baxışını da dəyişir".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən