"Metroda məsafəyə görə ödənişin həyata keçirilməsi yaxın gələcəkdə mümkündür" - AÇIQLAMA
"Ödənişin differensiallaşdırılmasında müxtəlif üsullar ola bilər. Onlardan biri məsafəyə görə ödəniş üsuludur".
Bu fikirləri Redaktor.az-a nəqliyyat eksperti Eldəniz Cəfərov "Bakı Metropoliteni"nin gediş haqqı sistemində differensial qaydada ödəniş üsullarının, yəni məsafəyə görə ödənişin tətbiq edilməsinin gələcəkdə nəzərdə tutula biləcəyindən danışarkən bildirdi.
Onun sözlərinə görə, qeyd olunan üsulu Azərbaycanda da tətbiq etmək ola:
"Müxtəlif ölkələrdə belə təcrübə var. Sadəcə, onun mexanizmi hazırlanmalıdır və bu sistem tətbiq olunarsa, gələcəkdə müəyyən əsas qruplara güzəştlərin təşkil olunması da nəzərdə tutula bilər. Amma hələ ki, gündəmdə bu məsələ yoxdur".

Müsahibimiz vurğuladı ki, bununla bağlı ekspertlər səviyyəsində və mediada müəyyən müzakirələr aparılıb:
"Məsafəyə görə ödənişin həyata keçirilməsi yaxın gələcəkdə mümkündür, ola bilər. Amma düşünürəm ki, hələ tezdir".
Aytəkin TOFİQQIZI













