İcbari tibbi sığortadan kim kənarda qalacaq? - Nazir AÇIQLADI
"95% insan icbari tibbi sığortadan istifadə edə biləcək".
Redaktor.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı maliyyə naziri Sahil Babayev bildirdi.
"Kim bu haqdan kənarda qalır? Yalnız işləyən, gəliri olan, lakin bu gəlirini gizlədən və qeyri-formal məşğul olan şəxslər haqqından kənar qalır. Qeyri-formal məşğul şəxslər üçün fəaliyyətin özü qanunvericiliklə qadağan edilib. Bu cür fəaliyyətlə məşğul olan şəxslər özləri sığorta haqlarını ödəyəcəklər. Bu meyarlar elektron şəkildə, fərqləşmiş məlumatlar əsasında müəyyən ediləcək. Təqdim olunan sənədlər əsasında şəxs müəyyən kateqoriyalara ayrılacaq. Bu kateqoriyalara düşməyən şəxslər üçün gəlirlərinin müəyyən hissəsi sığortaya yönləndiriləcək və onlar sığortadan kənar qalmayacaqlar. Əksinə, onlar üçün bir dəfə sığorta haqqı ödəməklə istənilən məbləğdə tibbi xidmətdən yararlanmaq imkanı yaradılır", - deyə nazir qeyd etdi.
Aminə ŞAHSUVARQIZI













