"Süni intellektlə bağlı qanunun qəbuluna ehtiyac var" - Deputat

 11:54 23.01.2026     418

"Süni intellektlə bağlı xüsusi bir qanunun qəbuluna ehtiyac var".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

"Məlum olur ki, konfranslara gedəndə “ChatGPT”yə deyirlər ki, mənə məruzə hazırla. Tələbələrdən soruşuram ki, kitabxanaya gedirsiz? Deyərlər ki, yox. “ChatGPT”yə sualları verirlər, o da cavablandırır", - deyə deputat bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən