İcbari tibbi sığorta haqqının məbləğinə DƏYİŞİKLİK

 10:35 27.01.2026     502

“Qeyri-dövlət və qeyri-neft/qaz sektorunda işləyənlər üzrə sığorta haqqının hesablanması qaydası dəyişdirilib”.

Redaktor.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında məlumat verdi.

“İşəgötürən tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 %, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 %, işçi tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 %, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 %”, - deyə o, əlavə etdi.

Zaur Əliyev qeyd etdi ki, əvvəl bu məbləğ 8000 manat idi.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən