3 yeni tibbi xidmət Xidmətlər Zərfinə daxil edilib - Zaur Əliyev

 10:44 27.01.2026     413

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilib”.
 
Redaktor.az xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında danışıb.

O bildirdi ki, qəbul olunmuş dəyişikliyə əsasən, anadangəlmə ağır dərəcəli eşitmə məhdudiyyətli şəxslərin tibbi təminatının gücləndirilməsi məqsədilə koxlear implantdan istifadə edən şəxslər üçün 3 yeni tibbi xidmət Xidmətlər Zərfinə daxil edilib:

“Bu xidmətlər koxlear implantın nitq prosessorunun tənzimlənməsi, yenilənməsi və əvəzlənməsini əhatə edir.
Belə ki, koxlear implantın istifadəsindən 1 il keçdikdən sonra nitq prosessorunun 4 dəfə tənzimlənməsi xidməti icbari tibbi sığorta hesabına təmin ediləcək. Sözügedən xidmət cihazın istifadəçiyə uyğunlaşdırılmasına, eşitmə performansının optimallaşdırılmasına və reabilitasiya prosesinin daha effektiv aparılmasına imkan verəcək”.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən