Agentlik rəhbəri Xidmətlər Zərfi təminatına alınan xidmətlərdən danışdı

 10:47 27.01.2026     362

“Ən azı 5 il müddətində istifadə edilmiş köhnə nitq prosessorlarının daha müasir texnoloji imkanlara malik yeni model nitq prosessorları ilə əvəz olunması da icbari tibbi sığorta təminatına daxil edilib”.

Redaktor.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında qeyd etdi.

Onun sözlərinə görə, bu dəyişiklik eşitmə keyfiyyətinin və gündəlik kommunikasiya imkanlarının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına şərait yaradacaq:

“Bundan əlavə, müvafiq qaydalar çərçivəsində zəmanət müddəti bitmiş və texniki cəhətdən yararsız hala düşmüş nitq prosessorlarının eyni modelin yenisi ilə əvəzlənməsi xidməti də Xidmətlər Zərfi təminatına alınıb. Qəbul olunan qərarların koxlear implantdan istifadə edən şəxslərin uzunmüddətli və davamlı tibbi dəstəklə təmin olunmasına, onların sosial həyata daha fəal inteqrasiyasına xidmət edir”.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən