"Maaşlar artırılsın!" - Deputatdan hökumətə ÇAĞIRIŞ

 12:33 02.02.2026     1089

“Hazırda Azərbaycanda minimum əməkhaqqı 400 manatdır və bu, orta əməkhaqqının 37%-i səviyyəsindədir. Qoşulduğumuz beynəlxalq sənədlərdə minimum əməkhaqqı ən azı orta əməkhaqqının 60%-i həcmindədir. Əgər bizdə bu tətbiq olunsa minimum əməkhaqqı 655 manat olmalıdır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasında deputat Əli Məsimli bildirdi. Onun fikrincə, bu nöqteyi-nəzərdən minimum əməkhaqqı məbləğinin ildə bir dəfən az olmayaraq baxılması məsələsi çoxşaxəli aktuallıq kəsb edir.

"Xüsusilə regionlarda işləyən şəxslərin xeyli hissəsi minimum əməkhaqqının ətrafında maaş alır. Ona görə də maaşların artırılması düşünülməlidir”, - deyə millət vəkili çağırış etdi.

Nuriyyə NATİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən