Məktəblilərə cib bıçağı satmaq və gəzdirmək qanunla qadağan edilməlidir - Fazil Mustafa

 13:36 09.02.2026     766

Ötən ay Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü Müşfiq Cəfərli təklif edib ki, Azərbaycanda qatlanan cib bıçaqlarının satışı qadağan olunsun. Son zamanlar isə məktəblərdə bıçaqlanma hadisələrinə şahid oluruq. Baş verənlər bu tip bıçaqlara qadağa qoyulması məsələsini yenidən aktuallaşdırır.

Bəs bu bıçaqların satışı qadağan oluna bilərmi? Yaxud qatlanan bıçaqlardan istifadəyə yaş məhdudiyyəti tətbiq oluna bilərmi? Yaşı 18-dən aşağı olanlara siqaretin satışının qadağan olunduğu kimi, cib bıçaqlarının da satışının qadağan edilməsi mümkündür?

Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa Redaktor.az-a açqlamasında bildirdi ki, belə qadağanı kütləvi formada şamil etmək olmaz:

"Çünki hansısa səfərə gedən, hoteldə istifadə etmək istəyən normal insanlar ola bilər. Bu tip bıçaqlar azyaşlılar arasında populyardır. Ona görə də uşaqların belə bir silah gəzdirməsi bu istiqamətdə hansısa bir qanunla tənzimlənə bilər. Çox doğru təklifdir, dəstəkləyirəm və hesab edirəm ki, bunu kütləvi etmək lazım deyil. Çünki bu, məişətdə insanların istifadə etdiyi vasitəsidir. Amma uşaqlar və yeniyetmələr üçün bunun tətbiq olunmasını müsbət qarşılayıram və dəstəkləyirəm. Bu, yaxşı təklifdir, məncə, bunu mütləq qanunvericilik səviyyəsində diqqətə almaq lazımdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən