Reklamda uşağın görüntüsü valideynlərinin razılığı ilə istifadə edilə biləcək

 13:45 10.02.2026     384

Reklamda uşağın görüntüsü valideynlərinin razılığı ilə istifadə edilə biləcək.

Redaktor.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Reklam haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Vumart və Güvən reklamı Vumart Güvən