Bayramlarla əlaqədar bütün sosial ödənişlər bu tarixdə ÖDƏNİLƏCƏK

 11:28 12.03.2026     855

Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl - martın 13-də ödənilməsi nəzərdə tutulub.

Bu barədə Redaktor.az-a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, respublika üzrə bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılmış olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən