Tovuzda ailə üç uşağından imtina etdi - YENİLƏNİB
Tovuz rayonunda valideynləri tərəfindən atıldığı bildirilən uşaqlarla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.
Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq ƏƏSMN-dən məlumat verilib. Bildirilib ki, uşaqların mövcud vəziyyəti qiymətləndirilib.
"Sosial Xidmətlər Agentliyinin əməkdaşları aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş apararaq uşaqları müvafiq səhiyyə müəssisəsinə yerləşdiriblər. Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşaqların mənafeyi əsas götürülərək daimi qayğı ilə əhatə olunmaları üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək", məlumatda deyilir.
***
Tovuz rayonunda valideynlər üç övladından imtina edib.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, ailəsinin imtina etdiyi üç oğlan uşağı polisin nəzarəti altında Rayon Mərkəzi Xəstəxanasına gətirilərək tibb müəssisəsinə yerləşdirilib.
Qeyd olunub ki, valideyinləri uşaqların dövlətin himayəsinə verilməsini istəyir.













