"Həkimə zaman vermək müalicənin əsas şərtidir" - Psixoloq

 15:29 06.05.2026     351

"Bu gün həkim-pasiyent münasibətlərində əsas ehtiyaclardan biri qarşı tərəfə öz vəzifəsini rahat icra etməsi üçün zaman tanımaqdır".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov qeyd etdi.

Onun sözlərinə görə, bu sahə elmdir və elm istəklər üzərində deyil, tədqiqatlar üzərində qurulur:

"Qarşı tərəfin öz təcrübəsini və biliyini ifadə etməsi üçün şərait yaradılmalı, pasiyent də şikayətlərini düzgün şəkildə ifadə etməlidir. Bu proses hücum formasında aparıla bilməz. Əgər tibbi müəssisəyə məqsədli şəkildə mübahisə və ya münaqişə yaratmaq niyyəti ilə gedilərsə, oradan müsbət nəticə əldə etmək mümkün deyil. Amma həkimlə pasiyent arasında münasibət sağlam olduqda nəticə daha tez əldə olunur, çünki qarşılıqlı yaxınlıq və etibar formalaşır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən