Bakı nəqliyyat sistemində yeni mərhələ başlayır - Ekspert Prezidentin fərmanını ŞƏRH ETDİ

 13:15 08.05.2026     581

"Müasir şəhərlərdə nəqliyyat artıq ayrı-ayrı seqmentlər üzrə deyil, vahid sistem kimi idarə olunur. Bakı da bu istiqamətdə artıq institusional bir transformasiya mərhələsinə daxil olub və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “BakuBus” və “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil edilməsində əsas məqsəd şəhər nəqliyyatında idarəetmənin optimallaşdırılması, resursların daha səmərəli istifadəsi, müxtəlif nəqliyyat növləri arasında funksional inteqrasiyanın təmin edilməsidir".

Bu barədə Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi Prezident İlham Əliyevin müvafiq Fərmanını şərh edərkən bildirdi.

Onun fikrincə, yenilikdən əsas gözlənti sərnişin məmnuniyyətinin yaxşılaşdırılmasıdır:

"Həmçinin daha keyfiyyətli və təhlükəsiz xidmətin həyata keçirilməsidir. İntermodal inteqrasiya güclənəcək. Metro, avtobus və gələcək relsli sistemlər arasında keçidlər daha rahat və daha məntiqli şəkildə təşkil olunacaq. Eyni zamanda operativlik artacaq. Hərəkət intervalları, sərnişin axını və pik saat yükü daha effektiv idarə ediləcək. Xidmət keyfiyyəti yüksələcək, yəni vahid standartların tətbiqi, rəqəmsal idarəetmə və nəzarət mexanizmləri xidmət səviyyəsini yüksəldəcək."

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən