Moped qəzalarının qarşısını almaq üçün yeni tənzimləmə tətbiq EDİLİR

 17:22 04.06.2026     1011

Azərbaycanda mopedlərin istifadəsi son illər nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə şəhərdaxili hərəkətdə bu nəqliyyat vasitələrinə üstünlük verənlərin sayı çoxalır. Bunun fonunda mopedlərin istismarı ilə bağlı qaydaların yenilənməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi gündəmə gəlib.

Artıq moped idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı tələb olunacaq.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, son illər ölkədə belə nəqliyyat vasitələrinin sayı artıb:

"Təssüf ki, bəzi cavan və gənc vətəndaşlarımız mopedlərdən istifadə zamanı bir qədər məsuliyyətsiz davranıblar. Bunun nəticəsində bir sıra yol-nəqliyyat hadisələri baş verib, hətta ölüm halları qeydə alınıb. Baş verən hadisələr əsasında qərar verilib ki, həmin mopedləri idarə etmək üçün sürücülük vəsiqəsi və qeydiyyat şəhadətnaməsi tələb olunsun. Yəni burada əsas məqsədlərdən biri qəzaların qarşısını almaq və yol hərəkəti iştirakçılarının təhlükəsizliyini artırmaqdır. Bundan əlavə, bu tələb sürücülərin məsuliyyət hissinin formalaşmasına və yol hərəkəti qaydalarına daha ciddi yanaşmasına şərait yaradacaq. Qeydiyyat sisteminin tətbiqi hüquq-mühafizə orqanlarının nəzarət imkanlarını da genişləndirəcək".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən