Azərbaycanlılar niyə daha çox türk geyimlərinə üstünlük verir? - MARAQLI SƏBƏB

 13:04 16.06.2026     1449

Azərbaycanın Türkiyədən geyim idxalı 2026-cı ilin ilk beş ayında artım nümayiş etdirib. Rəsmi məlumatlara əsasən, yanvar-may aylarında Türkiyədən Azərbaycana 25,1 milyon ABŞ dolları dəyərində geyim məhsulu gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,7 faiz çoxdur.

Bəs Türkiyə məhsulları Azərbaycan bazarında niyə üstünlük təşkil edir?

Redaktor.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirdi ki, türk məhsullarının, xüsusilə də tekstil sənayesinə aid məhsulların idxalının artması milli valyutamızın xarici valyutalar qarşısında dəyər qazanması, başqa sözlə desək, Türkiyədəki dəyişən valyuta siyasəti ilə bağlıdır.

Həmsöhbətimiz vurğuladı ki, türk lirəsi dollar və avro qarşısında dəyər itirdikdə birbaşa manat qarşısında da dəyər itirir:

"Belə olduğu halda qiymətlər alıcı üçün nisbətən ucuz görünür. Digər bir səbəb isə həmin ölkənin ticarət siyasəti ilə bağlıdır. Məsələn, onlayn ticarət platformaları ilk dəfə qeydiyyatdan keçən, heç alış-veriş etməyən şəxsləri təşviq etmək məqsədilə xüsusi endirimlər tətbiq edirlər. Milli valyutanın dəyərini qaldırmaq həmin ölkənin mərkəzi bankı üçün çox asan həll oluna bilən məsələdir. Valyuta ehtiyatları da kifayət qədərdir. Lakin dəyəri qaldırmaq ixrac siyasəti baxımından uyğun deyil. Ölkənin əsas gəlir mənbələri ixrac və turizmdir. Qiymət münasib olmalıdır ki, həm xaricdən sifariş artsın, həm turist sayı çoxalsın, həm də gələn turist ölkəsinə gedərkən ən azından bir tekstil məhsulu alıb aparsın. Əslində yerli bazarda vətəndaşlar və orada daimi yaşayanlar üçün qiymətlər münasib deyil. Sadəcə turist və ya sifarişçi (məhsul alan) xarici valyuta ilə müqayisə etdiyi üçün qiymət münasib görünür. Bir sözlə, türk lirəsinin dəyər itirməsi ixrac potensialını artırıb".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən