Ölkə üzrə iyun ayının pensiya ödənişləri YEKUNLAŞDI

 16:17 19.06.2026     352

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə iyun ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Bu barədə Redaktor.az-a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, iyunun 12-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin iyun ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vumart və Güvən reklamı Vumart Güvən