"Bakıda taksi duracağı və minib-düşmə yerləri yaradılır" - AYNA-dan CAVAB

 21:40 22.06.2026     670

Paytaxtda xüsusi hərəkət zolaqlarından istifadə qaydaları ilə bağlı sürücüləri ən çox maraqlandıran məsələlərdən biri sərnişinlərin harada minib-düşə bilməsidir. Xüsusilə taksi sürücüləri və minik avtomobili sahibləri üçün bu istiqamətdə hansı imkanların yaradıldığı maarqlıdır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, AYNA tərəfindən xüsusi hərəkət zolaqlarında minik avtomobillərinin, o cümlədən, taksi nəqliyyat vasitələrinin sərnişinlərinə minib-düşmək üçün şərait yaradılıb.

"Bu günə qədər 30-a yaxın məntəqədə minib-düşmə yeri təşkil edilib. Taksi duracağı və minib-düşmə yerlərinin yaradılması istiqamətində işlər davam etdirilir. Yeni yerlər yaradılaraq mütəmadi olaraq ictimaiyyətə bu barədə məlumat da verilir", - deyə AYNA-nın cavabında qeyd olunur.

Aytəkin TOFİQQIZI

2222222
Vumart və Güvən reklamı Vumart Güvən