Regionlarda ipoteka niyə əlçatmazdır? - Ekspert səbəbləri AÇIQLADI
"Araşdırmalar göstərir ki, ipoteka kreditlərinin təxminən 80 faizi Bakı şəhərinin payına düşür. Nisbətən az sayda ipoteka Sumqayıt, Gəncə və Xırdalan üzrə rəsmiləşdirilir. Digər region şəhərlərində isə bu göstərici təxminən 2-3 faiz civarındadır".
Bunu Redaktor.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov bölgərə düşən ipoteka göstəricilərinin az olmasından danışarkən bildirdi.

Onun sözlərinə görə, regionlarda vətəndaşların rəsmi gəlirlərinin aşağı olması ipoteka kreditlərindən istifadənin məhdud qalmasına səbəb olur:
"Əslində, mənzilə ehtiyac az deyil, lakin rəsmi gəlirlərin səviyyəsi bu imkanları məhdudlaşdırır. Xüsusilə kənd ərazilərində yaşayan vətəndaşların ipoteka alanların ümumi sayındakı payı bəlkə də 0,1 faiz təşkil edir. Bu, kifayət qədər aşağı göstəricidir. Regionlarda rəsmi gəlirlərin tam şəkildə rəsmiləşdirilməsi ilə bağlı müəyyən problemlər mövcuddur. Ümumi əhali arasında yalnız məhdud sayda vətəndaş nisbətən yüksək rəsmi gəlir əldə edir ki, bu da onların ipoteka kreditlərinə çıxış imkanlarını artırır".
Xədicə BAXIŞLI













