Yoldakı çuxura düşən avtomobilin zərərini kim qarşılayır? - AÇIQLAMA

 12:26 02.07.2026     1743

Bir neçə gün öncə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində yolun kiçik hissəsi çöküb. Lakin xəbərdarlıq nişanı qoyulmayıb və sürücülərdən biri çuxuru görmədiyi üçün avtomobilin təkəri zədələnib.

Bəs belə hallarda maşına dəyən ziyanı aidiyyəti dövlət qurumu ödəməlidir, yoxsa sığorta şirkəti?

Sualımızı cavablandıran sığorta eksperti Nicat Əlibəyli Redaktor.az-a açıqlamasında bildirdi ki, icbari sığorta yoldakı çuxura görə avtomobilə dəyən ziyanı ödəmir:

"Əgər maşının kasko sığortası varsa və hadisə dərhal DYP (polis) tərəfindən yerindəcə rəsmiləşdirilibsə, kasko növü üzrə ödəniş ala bilər. Əgər kasko sığortası yoxdursa, hadisə yerində DYP tərəfindən akt tərtib olunduqdan sonra, məsələ aidiyyəti qurumla araşdırıla və yaranacaq nəticəyə əsasən, mübahisə məhkəmə qaydasında həll edilə bilər. Hər iki halda mütləq hadisə yerinə polis əməkdaşlarının çağırlması və akt tərtib edilməsi vacibdir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən