İyul ayı üzrə pensiyalar bu tarixdə VERİLƏCƏK
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların veriləcəyi tarix məlum olub.
Redaktor.az-ın milli.az-a istinadən məlumatına görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar iyul ayının 14-də veriləcək.
Bölgələr üzrə pensiyaların dəqiq hansı tarixdə veriləcəyi ilə bağlı isə hələ ki, konkret məlumat yoxdur.
Qeyd edək ki, ötən ay Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar iyunun ayının 12-də ödənilmişdi.













