"Bu hissələri heç vaxt saxta almayın" - Avtomobil sahiblərinə VACİB XƏBƏRDARLIQ

 12:30 13.07.2026     348

“Maşında ucuzluğa qaçmaqla insan həm də həyatını uduza bilər”.

Redaktor.az xəbər verir ki, bunu təhlükəsiz sürücü yetişdirmək üzrə mütəxəssis Aqil Rəhimov  “Toyota Qafqaz” və “Avtosfer.az-ın tərəfdaşlığı ilə keçirilən “Təhlükəsiz mobilliyə doğru” adlı konfransda səsləndirdi.

“Maşında bütün hissələr orjinal olmalıdır. Bəzi hissələr var ki, onu saxta hiss etmək özünüzə ziyandır. Tormoz, sükan idarəetməsi (qətiyyən saxtası olmaz), elektrik sistemi (ən çox yanğınlar saxta led ışıqlardan olur, heç vaxt zavod lampalarını dəyişmirəm), asqı sistemi də bunlarım saxtası olmaz. Bəzən insanlar istifadə olunmuş təkərlər alırlar. Bu zaman həm maşını həm həyatı itirmək olur”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən