"Azərbaycanda avtomobil qəzaları niyə texniki baxımdan araşdırılmır?" - Ərşad Hüseynov

 12:54 13.07.2026     342

“Ölkəmizdə nəqliyyat hadisələrindəki araşdırmalarda rast gəlməmişəm ki, bu texniki nasazlıqdan olub”.

Redaktor.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov “Toyota Qafqaz” və avtosfer.az-ın tərəfdaşlığı ilə keçirilən “Təhlükəsiz mobilliyə doğru” adlı konfransda bildirdi.

“Ölkəmizdə avtomobil və nəqliyyat qanuna görə ölkəyə gətirilən və istifadə edilən hər şey sertifikatlaşdırılan məhsullardır. Bu haqda istehlakçı hüquqlarının qorunmasına rast gəlmisiniz? İstehlakçı hüququları ilə bağlı dünya işlər görür. 20 il əvvən ABŞ-də iki avtomobil toqquşmuşdu, biri isə yanmışdı, 3 nəfər həlak olmuşdu. Ölən qadının yoldaşı iddia qaldırıb bildirdi ki, bu abtomobil bu qəzada yanmamalı idi və 5 milyon təzminat aldı. Azərbaycanda bu da yoxdur. Gücümüz ancaq maarifləndirməyə çatır. Bu işlərlə məşğul olanlar diqqətli olmalıdır. İsyehlakçılara və bazara uyğun xidmətlər də təqdim olunmalıdır. Hüquqların müdafiəsi istiqamətində çox ciddi işlər görülməlidir. Burada əsasən mülki məsuliyyətdən istifadə olunur”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən