Kosmetik məhsul alarkən bu məlumatlara diqqətlə baxın - Nazirlik

 15:38 15.07.2026     307

"Kosmetik məhsulların üzərində əsasən tərkib və təhlükəsizlik göstəriciləri olmalıdır. Yəni, bunlar məcburi şəkildə qeyd edilməlidir. Bunlar həm beynəlxalq standartların tələbidir, həm də məhsulun orijinal olmasının göstəricisidir".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena Nəzarəti və Ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov qurumun instaqram hesabında keçirilən canlı yayım zamanı bildirdi.

Onun sözlərinə görə, ən vacib hüquqi məlumatlar da məhsulun üzərində olmalıdır:

"Yəni məhsulun adı, nişanı, brendin adı və nişanı, hansı ölkədə istehsal olunması, istehsalçının ünvanı və məhsulun tərkibi barədə məlumatlar mütləq qeyd edilməlidir. Məhsul alarkən bu məlumatlara daha diqqətlə baxılmalıdır". 

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən