Onlayn alış-veriş edərkən bunlara diqqət edin - Həkimdən XƏBƏRDARLIQ

 15:44 15.07.2026     288

"Bildiyimiz kimi, müasir həyatda onlayn alış-veriş daha rahat hesab olunur. Lakin bunun da müəyyən riskləri vardır. Yəni həmin məhsullar müəyyən risk qrupuna aid ola bilər".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena Nəzarəti və Ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov qurumun instaqram hesabında keçirilən canlı yayım zamanı bildirdi.

"Buna görə də təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməlidir. Məsələn, məhsulu əvvəlcədən görmək mümkün olmadığından onun təhlükəsizlik göstəriciləri daha diqqətlə araşdırılmalıdır. Məsləhətdir ki, alış-veriş zamanı yenə də qeyd etdiyim kimi, rəsmi distribütorlara müraciət olunsun. Məhsul alarkən seriya nömrəsinə və barkoduna xüsusi diqqət yetirilməlidir. Adətən onlayn alış-veriş zamanı istifadə müddətinin bitməsinə az qalmış məhsullar satışa çıxarıla və ya saxta məhsullar təqdim oluna bilər. Buna görə də məhsulun yararlılıq müddəti mütləq yoxlanılmalıdır. Bundan əlavə, məhsulun saxlanılma və daşınma şərtlərinə də diqqət yetirilməlidir", – deyə o qeyd etdi.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən