Azərbaycanda qaz ödənişləri ilə bağlı YENİLİK

 10:29 17.07.2026     520

İstifadə olunan təbii qazın dəyərinin ödənilməsi ilə bağlı yenilik tətbiq olunacaq.

Redaktor.az oxu.az-a istinadla bildirir ki, bundan sonra ödənişləri POS-terminallar vasitəsilə etmək mümkün olacaq.

Belə ki, istifadə olunan qazın dəyəri və sabit tarif bank, poçt, POS-terminal, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və ya köçürmə yolu vasitəsilə ödəniləcək. 

Qeyd edək ki, daha əvvəl qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödəmək mümkün idi.

Vumart və Güvən reklamı Vumart Güvən