Motosikletlə təcili tibbi yardım xidmətinə deputatdan REAKSİYA

 12:34 24.07.2026     686

Xəbər verdiyimiz kimi, ökədə ilk dəfə olaraq motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunur.

Redaktor.az-a yeniliklə bağlı danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd etdi ki, məlumatı mətbuatdan oxuyub:

"Maraqlı yenilikdir. Mən bilmirəm, xarici ölkələrdə belə təcrübə var, ya yox. Hər halda, bunu tətbiq etməyə hazırlaşırlarsa, bu məsələdə bütün nüanslar nəzərə alınıb. Qoy fəaliyyətə başlasın, ondan sonra onun səmərəliliyi barədə danışmaq olar. Arzumuz ondan ibarətdir ki, doğrudan da operativ, çevik şəkildə çağırışa gəlsinlər, keyfiyyətli tibbi xidmət göstərsinlər və insanların artıq narahatlıqları bitsin. Hər halda, tam rəyi ancaq ilk təcrübədən sonra demək olar".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən