İyulun bütün sosial ödənişləri VERİLDİ
Azərbaycanda bu gün iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
Redaktor.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bundan əvvəl iyulun 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, iyulun 22-də isə digər bölgələrdəyaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin iyul ayı üzrə pensiyaları ödənilib.













