Quru meyvə alarkən bu səhvə yol verməyin – Ekspertdən XƏBƏRDARLIQ

 16:06 27.07.2026     616

"İstifadə olunan bazarlarda və marketlərin piştaxtalarında satılan quru meyvələrin əksəriyyətinin xarici ölkələrdən gətirilməsi, yəni idxal məhsulu olması onunla bağlıdır ki, ölkəmizdə yetişdirilməyən quru meyvə növləri var. Bu məhsullar əsasən Şərq ölkələrindən, Çin, Hindistan və ərəb ölkələrindən idxal olunur. Bunlara keşyu, bəzi xüsusi badam növləri, eləcə də müxtəlif quru meyvələrin qarışığından hazırlanan məhsullar daxildir. Məhz buna görə də həmin məhsullar xaricdən gətirilir".

Bu barədə Redaktor.az-a "Refresh Group" MMC-nin qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən baş icraçı direktoru Seymur Qafarov Azərbaycanda satılan quru meyvələrin əksəriyyətinin xarici ölkələrdən idxal olunmasının səbəblərindən danışarkən dedi.

O bildirdi ki, yerli quru meyvələrin bazarda az olmasının səbəbi məhsuldarlığın aşağı olması və qurudulma zamanı çəkisini tez itirməsi ilə bağlı ola bilər:

"Bundan əlavə, yerli quru meyvələrin daha çox xarici bazarlara ixrac olunması və daxili bazarın idxal məhsulları hesabına təmin edilməsi də bu səbəblər sırasında yer ala bilər. Hər bir halda, bu məhsulları alarkən qida təhlükəsizliyi ilə bağlı bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır. İlk növbədə məhsulun etiketlənməsi qaydalarına fikir verilməlidir. Yəni məhsulun üzərində 523 saylı "Qida təhlükəsizliyi haqqında" Qanunun 17.2-ci maddəsinin tələblərinə uyğun olaraq istehsalçının adı, istehsal yeri, saxlanma üçün nəzərdə tutulmuş temperatur və rütubət göstəriciləri, istehsal və son istifadə tarixi, 100 qram məhsulun qida və enerji dəyəri, tərkibi, eləcə də allergenlər barədə məlumat mütləq göstərilməlidir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən