Pensiyaların ödəniləcəyi tarix AÇIQLANDI

 13:10 06.08.2026     327

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Bu barədə Redaktor.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının bu ayın 21-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Müavinətlərin isə bu ayın 25-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Vumart və Güvən reklamı Vumart Güvən