"Menecer dedi ki, məndən heç kimə şikayət edə bilməzsiniz" - "ZARA"dan şikayət

 16:52 06.08.2026     551

"ZARA" mağazasının "Crescent Mall" filialı ilə bağlı narazılıq sosial şəbəkədə gündəm olub.

Redaktor.az xəbər verir ki, bununla bağlı vətəndaş sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, bacısı "ZARA"dan gödəkçə alıb, daha sonra həmin gün məhsulu dəyişərək qardaşının qızı üçün paltar götürmək istəyib:

"Əvvəlcə məhsulun dəyişdirilməsinə etiraz etdilər, sonradan razılaşdılar. Bacım sakit təbiətli insandır. Amma mağaza əməkdaşları və menecer onunla istehzalı danışdı, gülərək münasibət göstərdi. Qaytarılacaq məbləği hesablamaq əvəzinə bir-birlərinə "hesablaya bilmir" deyib gülürdülər. Bacım çox pis vəziyyətə düşdü və iki gündür özünə gələ bilmir".

Şikayətçi iddia edir ki, mağaza rəhbərliyinə və ya aidiyyəti qurumlara hara müraciət edə biləcəyini soruşduqda, Nərmin adlı menecer tərəfindən xoşagəlməz cavabla qarşılaşıb.

"Hara şikayət edə biləcəyimi soruşanda menecer Nərmin dedi ki, "Məndən heç kimə şikayət edə bilməzsiniz". Müştəri ilə bu cür davranış yolverilməzdir. Heç kim başqasını alçalda və təhqir edə bilməz", – paylaşımda qeyd olunub.

Vətəndaş "ZARA" rəhbərliyindən hadisənin araşdırılmasını və adı çəkilən menecer barəsində tədbir görülməsini tələb edib:

"Ümid edirəm ki, rəhbərlik bu məsələni araşdıracaq və lazımi addımları atacaq. Əks halda hüquqlarımı məhkəmə qaydasında müdafiə edəcəyəm".

Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən