Ekoloq dənizdəki tullantılardan danışdı: "Bu, yaraşmayan və ayıb bir haldır"

 12:15 11.08.2026     502

Bildiyimiz kimi, hazırda yay mövsümüdür və bir çox vətəndaş sərinləmək üçün dənizə üz tutur. Təəssüf ki, dəniz sahillərində, hətta dənizin içərisində də plastik qablar, torbalar və müxtəlif tullantılara rast gəlmək mümkündür. 

Bu barədə Redaktor.az-a danışan ekoloq Qorxmaz İbrahimli qeyd etdi ki, bunların hamısı çox məyusedicidir:

"Hələ bəzi vətəndaşlar belə problemləri ancaq kənardan görür. Mən özüm dənizdə gündəlik üzürəm. Dənizin içində olan plastik torba, əllə daşına bilən hər şeyi sahilə çıxarıb zibil qabına atıram. Bu baş verənlər bizim çatışmayan cəhətimiz, mədəniyyətimizin çox aşağı səviyyəsidir. Bu, yaraşmayan və ayıb bir haldır. Heç bilmirəm buna nə demək olar, ad da qoya bilmirəm. Çox məyusedicidir. Ümumiyyətlə, bu hal, təbii ki, istər vətəndaşların özlərinə, istər ekosistemlərə — dənizdə, quruda — hər şeyə təsir edir. Bu vəziyyət tək dəniz kənarında deyil ki, hər yerdə belədir. Piknikə, parklara gedirik, vəziyyət belədir. Bu, bir mədəniyyət problemidir. Maarifləndirməyə, mədəniyyətə ehtiyacımız var".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən