“Suda turşuluq yüksəkdir” - “Zəngəzur Su”dan ŞİKAYƏT

 16:50 11.08.2026     419

“Zəngəzur Su” şirkətinin məhsulundan istifadə edən vətəndaşlar arasında narazılıq yaranıb.

Redaktor.az xəbər verir ki, bu barədə şikayətçi feysbuk sosial şəbəkəsində paylaşım edib.

Şikayətçinin sözlərinə görə, ailəsi 3 ildən artıqdır şirkətdən su sifariş edir və indiyədək məhsulla bağlı hər hansı problem yaşanmayıb. Lakin 4 gün əvvəl sifariş etdikləri sudan istifadə etdikdən sonra bir neçə nəfərdə zəhərlənmə əlamətləri və mədə-bağırsaq problemləri yaranıb.

Şikayətçi bildirir ki, məsələ ilə bağlı şirkətlə əlaqə saxlayaraq suyun keyfiyyəti ilə bağlı narazılıqlarını bildiriblər. Şirkət tərəfindən problemin aradan qaldırılacağı və həmin suyun əvəzinə yeni məhsul göndəriləcəyi deyilsə də, artıq iki gündür yeni su çatdırılmayıb.

Şikayətçinin sözlərinə görə, “Zəngəzur Su” şirkətinin əməkdaşları suda turşuluğun yüksək olduğunu bildirərək başqa şirkətdən su almağı tövsiyə ediblər:

“Şirkətin öz əməkdaşları bizə suda turşuluğun yüksək olduğunu dedilər və başqa şirkətdən su almağı tövsiyə etdilər. Hesab edirəm ki, keyfiyyətsiz və köhnə su məhsullarının satışa çıxarılması insanların sağlamlığı üçün təhlükə yaradır”, - deyə şikayətçi bildirib.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı “Zəngəzur Su” şirkətinin mövqeyini dərc etməyə hazırıq.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən