Uşaq qumla oynayarkən bu təhlükələrə diqqət edin - Həkimdən XƏBƏRDARLIQ

 15:24 12.08.2026     500

"Qumla oynamaq uşaqlar üçün faydalı vaxt keçirmə üsuludur. Həmin vaxt uşaqların xırda motorikası inkişaf edir. Amma bəzi qaydalara riayət etməsək, müəyyən neqativ hallarla rastlaşa bilərik".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı uşaqlarla səyahət zamanı nələrə diqqət edilməsi haqqında danışan K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun doktorantı pediatr Regina Nemətova qeyd etdi.

"Əgər qərara gəlmişiksə ki, uşağımız qumla oynamaq istəyir, ilk növbədə valideyn həmin ərazini, sahəni nəzərdən keçirməlidir ki, orada siqaret qalıqları, şüşə qırıqları, qida qalıqları və ərazidə gəzən heyvanların bioloji ifrazatlarının izləri olmasın. Əgər belə çirklənmə varsa, həmin ərazi təmizlənməli, daha sonra uşaq qumla oynamağa buraxılmalıdır. Uşaq qumla oynayarkən mütləq diqqətli olmaq lazımdır. Əgər uşaq dənizdə və ya hovuzda çimibsə, sudan çıxdıqdan sonra onun çimərlik paltarı dəyişdirilməlidir. Yaş çimərlik paltarı ilə qumun üzərində oturmaq məqsədəuyğun deyil. Bu, xüsusilə qız uşaqları üçün daha vacibdir. Çünki qız uşaqlarında sidik yolları daha qısa olduğundan soyuqlama və infeksiyalaşma halları oğlan uşaqları ilə müqayisədə daha tez baş verə bilər. Uşaq qumla oynayarkən valideyn mütləq diqqət etməlidir ki, çirkli əllərini ağzına, gözünə və qulaqlarına aparmasın. Əks halda infeksiyalaşma riski yarana bilər. Qumla oynadıqdan sonra uşağın əlləri mütləq təmiz su ilə yuyulmalıdır. Əlləri dəniz və ya hovuz suyu ilə deyil, təmiz su ilə yumaq lazımdır. Daha sonra isə məsləhət görürəm ki, uşağın əllərinə antiseptik, xüsusilə spirt tərkibli vasitə tətbiq olunsun", - deyə R.Nemətova bildirdi.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən