“Ola bilər ki, vəzifədəsiniz, amma insanlığınız yoxdur” - Ceyhun Məmmədov
"Cəmiyyət olaraq ona yönəlmişik ki, pul bizim üçün hər şeydən önəmlidir. Həmişə dediyim kimi, pul hər şey deyil. Bəli, vacibdir, amma hər şey deyil".
Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov öz sosial şəbəkəsində açdığı canlı yayım zamanı dedi.
Millət vəkili vurğuladı ki, xoşbəxtliyi və bəzi şeyləri pulla ala bilməzsiniz:
"Ola bilər ki, vəzifədəsiniz, amma insanlığınız yoxdur. Hər şeydən öncə adam və insan olmaq lazımdır. Alim ola bilərsiniz, pulunuz ola bilər, amma adam olmaq lazımdır. Mənim üçün önəmli tərəf insanlıq və adamlıqdır. Cəmiyyət və dövlət üçün faydalılıqdır. Elə insanlar var ki, onların faydası yoxdur. Elələri də var ki, dövlət və cəmiyyət üçün çalışırlar".
Aytəkin TOFİQQIZI













