Azərbaycan-Özbəkistan birgə layihələri iş yerlərinin açılmasına necə təsir edəcək? - AÇIQLAMA
"Prezident İlham Əliyev hazırda Özbəkistanda səfərdədir. Dövlət başçısı Özbəkistanlı həmkarı ilə birlikdə birgə layihələrin icrasına start verilməsi mərasimində iştirak ediblər. Qeyd olunur ki, birgə layihələr yeni iş yerlərinin yaradılmasına töhfə verəcək".
Bu sözləri Redaktor.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirdi.
Onun sözlərinə görə, birgə layihələrin həyata keçirilməsi dərhal yeni iş yerlərinin açılması fikrinə əsas vermir:
"Hansısa sahəyə investisiya və ya həmin ölkənin mütəxəssislərindən faydalanmaq, yaxud texnoloji avadanlığı sənaye sahəsində tətbiq etmək və s. düşünülə bilər. Əlbəttə ki, bir çox iş yerlərinin açılması, işsizliyin aşağı həddə endirilməsi də, əlbəttə, layihə çərçivəsindədir. Sadəcə, birbaşa deyil, dolayı yolla da mümkündür".
Aytəkin TOFİQQIZI













